Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs içməli suyun satın alınması üçün kotirovka sorğusu elan edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - Tender Elan Edir
FED.az bildirir ki, kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər aşağıdakılardır:
• Nizamnamənin surəti.
• Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti.
• Kommersiya hüquqi şəxsin rekvizitləri.
• Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış.
• Təklif olunan məhsulların gigiyenik, uyğunluq və laborator müayinə sertifikatları.
QEYD- satınalma müqaviləsinin icrası üçün qalib təşkilatdan müqavilə məbləğinin 2 (iki) faizi həcmində icra təminatı tələb olunacaqdır.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər qapalı zərfdə, imzalanıb möhürlənmiş şəkildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 73C nömrəli ünvana 1 iyul 2021-ci il saat 15.00-dək təqdim olunmalıdır.
Maraqlanan təşkilatlar (012) 3770020 (daxili 504) nömrəli telefonla əlaqə saxlaya bilərlər.