Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması respublikanın 5 şəhər və rayonunda (Bərdə, Şabran, Xaçmaz, Gədəbəy, Cəlilabad) cəmi 35 ədəd olmaqla ikiotaqlı və üçotaqlı fərdi evlərin tikintisi işlərinin satın alınması üçün açıq tender elan edir.
Rayon İcra Hakimiyyəti yolların təmiri işləri üzrə tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı: 500 (beş yüz) manat
Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
VÖEN: 1700093011
Bank : Dövlət Xəzinədarlığı Agentliyi
KOD: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT CTREAZ22
H/HESABI: AZ80CTRE00000000000002138501
Büdcə gəlirlərinin təsnifat kodu - 142330
Büdcə səviyyəsinin kodu - 7
İstirak haqqı heç bir halda qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Sənədlər notarial təsdiqlənməlidir).
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir) yalnız 01.06.2021-ci il tarixdən sonra alınan arayış qəbul ediləcəkdir.
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2019 və ya 2020-ci illər üzrə).
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. Bank hesabında qalıq vəsait və ya kredit xətti imkanı ən azı 700000,0 manat olmalıdır (Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir) yalnız 01.06.2021-ci il tarixdən sonra alınan arayış qəbul ediləcəkdir.
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması.
8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması.
9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir).
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.
11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
14. Tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 16.07.2021-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 28.07.2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 29.07.2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.