"2019-2023-cü İllər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin Artırılması üzrə Dövlət Proqramı"nın İdarəetmə Qrupu “Satınalan təşkilatın sifarişləri əsasında aviabiletlərin güzəştli şərtlərlə və sərfəli qiymətə əldə olunması, onların bronlaşdırılması xidmətləri” tenderinin nəticələrini elan edib.
ADAU bu şirkətdən aviabiletlər aldı - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi "Xəzər" Firması olub.
Qalib şirkətlə 1 399 800 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, "2019-2023-cü İllər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin Artırılması üzrə Dövlət Proqramı"nın İdarəetmə Qrupu bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
Qeyd edək ki, "Xəzər" Firması 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 60 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamil Məmmədov Vahid oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq pr., ev 36 ünvanında yerləşir.