“Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi” (VÖEN: 1500016711) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə noutbukların satın alınmasına aiddir. Satınalmanın ehtimal olunan qiyməti 2 milyon 224 min 801 manat 50 qəpikdir.
Müsabiqə 29 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 27 oktyabr 2025-ci il saat 16:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 16:00-da keçiriləcək.
İştirak haqqı 1 min manat, istifadə haqqı isə 25 manatdır.
Tələb olunan noutbuklar:
Noutbuk, i5, 15.6", 13-cü nəsil və ya daha üstün, 16GB Ram, 512GB SSD, Windows Pro 11 - 530 ədəd
Noutbuk, i3, 16", 14-cü nəsil və ya daha üstün, 8GB Ram, 128GB SSD, Windows Pro Education 11 - 1 760 ədəd
Əlaqələndirici şəxs: Şaban Məmmədov – Baş mütəxəssis
Əlaqə: [email protected], +994 12 465 73 48
İddiaçılar təkliflərini 27 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Yusif Bakuvi küçəsi 18 ünvanına təqdim edə bilərlər.