Ədliyyə Nazirliyi avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişaf etdirilməsi, habelə ona texniki dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
Dövlət qurumu inventar alır – SİYAHI
FED.az xəbər verir ki, 6,585 milyon manatlıq tenderin qalibi "Bestcomp Group" MMC-dir.
Xatırladaq ki, "Bestcomp Group" MMC bundan əvvəl Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üzrə 2 140 715 manatlıq tenderini qazanıb