Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi “SolaMedical” MMC ilə 2.3 milyon manatlıq müqavilə bağlayıb.
Eləcə də bax: Dövlət Agentliyinin 4,6 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Dərman preparatları və sarğı materiallarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 254 869 manatdır.
2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınmış “Solamedikal” MMC-nin qanuni təmsilçisi Şəhla Mustafa qızı Novruzovadır.