Kənd Təsərrüfatı Nazirliyi 3,3 milyonluq tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, nazirliyin tender müqaviləsi bağladığı şirkət Fasad F MMC-dir. Tender müqaviləsi "Əkinçilik ETİ -nin Tərtər Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin və yardımçı binaların tikintisi və inzibati binanın əsaslı təmiri" üzrə bağlanıb. Müqavilənin tam məbləği 3 milyon 320 min 865 manat olub.