Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) 2 yeni satınalma müqaviləsi imzalayıb.
Dövlət qurumunun binası 7 milyona təmir ediləcək – QALİB ŞİRKƏT, ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Respublika üzrə məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması ilə bağlı tenderin qalibi “Fərid” Firması (VÖEN: 1100091481) olub.
Tərəflər arasında 7 milyon 726 min 848 manatlıq satınalma müqaviləsi imzalanıb.
Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması ilə bağlı tenderin qalibi isə “Babayev Group Company” MMC (VÖEN: 1505253611) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 2 milyon 668 min 528 manat təşkil edib.
Qeyd edək ki, “Fərid” Firması 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İsgəndərova Nigar Misir qızıdır.
“Babayev Group Company” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min 10 manat olan şirkətin qanuni təmsilçisi Babayev Raman Şaiq oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz, ev.20 hüquqi ünvanında yerləşir.














