Maliyyə Nazirliyi "2023-cü il üçün vəkil xidmətinin satın alınması" kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, sorğunun qalibi "Demos Konsaltinq" MMC (VÖEN: 1001404461) seçilib.
Şirkətlə 36 900 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"Demos Konsaltinq" MMC daha öncə də nazirliklə 2022-ci il vəkil xidməti üzrə 48 600 manat, 2021-ci vəkil xidməti üzrə 49 200 manat məbləğində satınalma müqaviləsi imzalayıb.