Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili (Bakı şəhəri (12 rayon üzrə) və Abşeron, Ağcabədi, Ağdaş, Ağstafa, Ağdam, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Sumqayıt, Siyəzən, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir.
Xəzər Dəniz Gəmiçiliyi sığortaçı - SEÇİR
FED.az xəbər verir ki, müsabiqədə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin Əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965, "Çinar Park" biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 05 may 2021-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 06 may 2021-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5031)