“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Prezident H.Əliyev” və “Şuşa” gəmilərinin gövdə və mexanizmlərinin sığorta xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir.
Dövlət qurumu dəftərxana malları alır - KOTİROVKA SORĞUSU
FED.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 29 aprel 2021-ci il saat 18.00-dəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan- Bakı, Neftçilər prospekti 2.
Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1132.