Ədliyyə Nazirliyi “Bakı İnzibati Məhkəməsi üçün qeyri-yaşayış binasının icarəsi xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
Fiziki şəxs dövlət qurumuna ofis icarəsindən - 2,3 MİLYON QAZANDI – DAHA BİR TENDERİ UDDU
FED.az xəbər verir ki, tenderin şərtlərinə görə, qeyri yaşayış binası Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç. 29 ünvanında yerləşməli və sahəsi 3100 m2 olmalıydı.
Tenderin qalib İbrahimli Namiq Qubad oğlu (VÖEN: 2005703832) olub.
Qalib şirkətlə 600 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).