Müdafiə Nazirliyi camaşırxana xidməti ilə bağlı açıq tender elan edir.
Nazirlik camaşırxana xidməti üçün 297,3 min manat xərcləyəcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tender elanı Azərbaycan Ordusunun Kəlbəcər zonasında yerləşən hərbi hissələrinin şəxsi heyətinin camaşırlarının yuyulması xidmətinin satın alınması ilə bağlıdır.
Tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Satınalma predmeti: Azərbaycan Ordusunun Kəlbəcər zonasında yerləşən hərbi hissələrinin şəxsi heyətinin camaşırlarının yuyulması xidmətinin satın alınması.
ÜSL kod (kateqoriya): 98311000-6 Camaşırxana kolleksiya xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 17.03.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 13.04.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.04.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 26.04.2023 10:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri Müdafiə Nazirliyi
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Mallar satınalma müqaviləsi qüvvəyə mindikdən sonra 2 (iki) ay ərzində tam təhvil verilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
Xidmətin göstərilməsi üçün tələb olunan nəqliyyat vasitəsinin növü və işçi qüvvəsinin tərkibi “İcraçı” tərəfindən müəyyənləşdirilir. Çirkli camaşırlar İcraçı tərəfindən hər həftətədə 1 (bir) dəfədən az olmayaraq hərbi hissələrdən təhvil alınaraq yuyulma məntəqəsinə çatdırılır. Yuyulmuş camaşırlar, 5-10 ədəd və ya dəst olmaqla müvafiq standartlara uyğun ütülənib qatlanaraq, hərbi hissənin nömrəsi göstərilməklə, polietilen kisələrə qablaşdırılmalıdır. Camaşırların daşınması böyuk həcmli, “Çirkli” və ya ”Təmiz” sözləri ilə markalanmış xüsusi kisələrdə həyata keçirilməlidir və aidiyyəti hərbi hissələrə təhvil verilməlidir.
Miqdar: 150 000 kq