Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Bestcom Group” MMC ilə müqavilə bağlayıb.
Eləcə də bax: DSX tenderin - QALİBİNİ AÇIQLAYIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə noutbukların satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 6 657 147 manatdır.
Bildirək ki, 1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Şirkətin nizamnamə kapitalı 8 962 330 manatdır və qanuni təmsilçisi Fərid Həsənovdur. BestComp Group öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da davam etdirir.
Onu da qeyd edək ki, “Bestcomp Group” Təhsil Nazirliyi ilə razılaşdırılaraq Qarabağ məktəblərinə təmənnasız olaraq 1000 ədəd stolüstü kompüter və ya noutbuk təqdim edəcək.