Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması” tenderinin nəticələrini elan edib.
MİDA-nın 964 minlik tenderinin qalibi – MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderinin qalibi Avanqard İnşaat Mənzil Tikinti Kooperativi və fiziki şəxs Natiq Əlisoy olub.
Qalib şirkət Avanqard İnşaat Mənzil Tikinti Kooperativi ilə 2 059 230 manat məbləğində müqavilə imzalanıb.
Qalib fiziki şəxs Natiq Əlisoy ilə 1 554 240 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Avanqard İnşaat Mənzil Tikinti Kooperativi 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Aydın Hüseynov Fridun oğludur. Hüquqi ünvanı AZ1065, Bakı Şəhəri Yasamal Rayonu, M.Naxçıvani, ev 14, m. 57 ünvanında yerləşir.