Elm və Təhsil Nazirliyi dərsliklərin istehsalı ilə bağlı 2 tenderə yekun vurub.
Nazirlik dərslik istehsalına 13 milyon manat - AYIRDI
FED.az xəbər verir ki, nazirliyin “8-9-cu siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı” tenderini “CN Poliqraf” MMC, “1-4-cü siniflər üzrə dərsliklərin istehsalı” tenderini isə “Çaşıoğlu Elm-İstehsalat” MMC udub.
Müvafiq olaraq “CN Poliqraf” MMC ilə 1 577 100 manat dəyərində, Çaşıoğlu Elm-İstehsalat” MMC ilə isə 2 226 256 manat dəyərində müqavilə imzalanıb.
Ümumilikdə kita çapı üçün 3 803 356 manat ayrılıb.
Qeyd edək ki, “CN Poliqraf” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səməd Bağırov Heydər oğludur. Hüquqi ünvanı AZ1072, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 220, məhəllə 865, m. 3 ünvanında yerləşir.
Qeyd edək ki, “Çaşıoğlu Elm-İstehsalat” MMC 1995-cı ildə yaradılıb, nizamnamə kapitalı 3 980 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ülfət Hüseynov Hikmət oğludur. Hüquqi ünvanı AZ1073, Bakı şəhəri Yasamal rayonu, Ələsgər Ələkbərov, ev 18A, m. 12 ünvanında yerləşir.