Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Kimya, fizika, biologiya laboratoriyalarının və STEAM istiqamətli avadanlıqların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub.
Şirkətlə 13 647 699 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 050AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elçin Əbilov İslam oğludur. Hüquqi ünvanı Az1015, Bakı Şəhəri Xətai Rayonu, General Səmədbəy Mehmandarov, ev 98, m. 47 ünvanında yerləşir.