Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Füzuli, Bərdə, Ağsu, Zərdab rayonlarında yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi tenderlərinin qalbi bəlli olub.
Eləcə də bax:Zaqatalada yeni məntəqə tikiləcək - 2,8 MİLYONLUQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi 4 tenderin qalibi "KAİZEN” MMC şirkəti olub. Bərdə rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi üçün 2 milyon 810 min 256 manat; Füzuli rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi üçün 2 milyon 801 min 593 manat; Ağsu rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi üçün 2 milyon 803 min 424 manat; Zərdab rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi üçün 2 milyon 828 min 401 manatlıq müqavilə bağlanıb.