Müdafiə Nazirliyi “Azərbaycan ordusu üçün elektrik aqreqatlarının satın alınması üzrə” tender elan edib.
FED.az-ın məlumatına görə, tender çərçivəsində 100 ədəd elektrik aqreqatının (10kva (8kvt) gücə malik, 3 fazalı, ortüklü, dizel) alınması nəzərdə tutulur.
Eləcə də bax: Vergi əməkdaşları üçün 1 milyon manatlıq - Geyim Alınacaq – TENDER QALİBİ
iştirak haqqı 350 manatdır, müsabiqə sentyabrın 9-da başlayıb, tələb olunan sənədlər sentyabrın 29-dək, tender təklifləri isə oktyabrın 7-dək təqdim edilməlidir. Zərflər oktyabrın 10-da açılacaq.
Qeyd edək ki, tender sentyabrın əvvəlindən elan edilib, amma sentyabrın 30-da yenilənib.