İqtisadiyyat Nazirliyinin «Tikinti-Təchizat Birliyi" MMC şirkəti dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması üzrə tenderə yekun vurub.
FED.az xəbə verir ki, tender çəçivəsində ümumilikdə 30 min ədədə yaxın müxtəlif geyim əşyalarının alınması nəzərdə tutulur.
Tenderin qalibi "EVİM TEKSTİL" MMC olub. Bu şirkətlə 956 min manatlıq müqavilə bağlanılıb.
Qeyd edək ki, "EVİM TEKSTİL" MMC bundan 3 il əvvəl «Təmiz Şəhər» ASC və Vergilər Nazirliyinin tenderlərini qazanıb – müvafiq olaraq 138 min manat və 890 min manat məbləğində.