Müdafiə Nazirliyi iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi "Avto İnvest Aİ" MMC (VÖEN: 1003193311) seçilib.
Belə ki, qalib şirkətə "Azərbaycan Ordusunun hərbi hissələrinin avtomobilləri üçün 2023-cü ildə müxtəlif markalı avtomobil şinlərinin satın alınması" tenderi üzrə 1 871 900, "Azərbaycan Ordusunun avtomobil texnikaları üçün 2023-cü ildə ehtiyat hissələrinin satın alınması" tenderi üzrə 841 570 manat ödəniləcək.