Müdafiə Nazirliyi Azərbaycan Ordusu üçün minik və sanitar tipli avtomobil texnikalarının satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 01.09.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.09.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29.09.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 02.10.2023 10:00
Ödəniş şərtləri - İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri - Müdafiə Nazirliyi
Çatdırılma müddəti - 2023-cü il ərzində hissə-hissə
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında sənəd.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Sahibkarlıq subyektinin bölgüsü haqqında arayış.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının Nizamnaməsi (iddiaçı fiziki şəxs olmadığı halda).
Malgöndərənin (podratçının) vergi uçotunda olduğunu təsdiq edən sənədin və kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surəti.
Rekvizitlər.
Müqaviləni imzalamaq hüququ olan şəxsin şəxsiyyətini müəyyən edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti.
Maliyyə vəziyyəti haqqında bank arayışı
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Tam ötürücülü sanitar tipli avtomobil texnikası |
Təkər formulu – 4x4, oturacaqların sayı – 8, uzunluğu – azı 4440 mm, eni – azı 2100 mm, hündürlüyü – azı 2100 mm, təkər bazası – azı 2300 mm, klirens – azı 220 mm, boş çəkisi – 1805-1900 kq, tam çəkisi – 2730-2800 kq, yük daşıma qabiliyyəti – 600-800 kq, mühərrik növü – benzinli, yanacaq növü – Aİ-92, işlək həcmi – azı 2,7 litr, maskimal sürət – azı 127-km/saat, maksimal güc – azı 112 a.g., yanacaq çənlərinin həcmi – 77 litrdən az olmayaraq, sürətlər qutusu – mexaniki, 5 pilləli, paylayici qutu – iki pilləli, ön və arxa körpülü, əyləc sistemi – ikili konturlu vakuum gücləndiricisi ilə, barabanlı, sükan idaretməsi – hidrogücləndirici ilə. Şinlər: 225/75 R16. Ehtiyat təkər də qeyd edilən ölçüdə digər təkərlərlə eyni ölçülü olmalıdır. Ban arakəsmə ilə iki hissəyə bölünərək sürücünün kabinası və sanitar salonundan ibarət olmalıdır. Sanitar salonunda üç ədəd sərnişin tipli yumuşaq oturacaq və iki xərək quraşdırmaq üçün kronşteyn olmalıdır. Damın qabaq hissəsində dönmə projektoru olmalıdır. Rəngi – boz. Avtomobilə azı 2 il və ya 80 000 km texniki zəmanət verilməlidir. |
24 |
ədəd |
2 |
Tam ötürücülü minik avtomobil texnikası |
Təkər formulu – 4x4, ban növü – universal, üç qapılı, oturacaqların sayı – 4, uzunluğu – azı 3740 mm, eni – azı 1680 mm, hündürlüyü – azı 1640 mm, təkər bazası – azı 2200 mm, klirens – azı 205 mm, mühərrik növü – benzinli, yanacaq növü – Aİ-95, işlək həcmi – azı 1,7 litr, maskimal sürət – azı 142 km/saat, maksimal güc – azı 83 a.g., yanacaq çənin həcmi – 42 litrdən az olmayraq, sürətlər qutusu – mexaniki, 5 pilləli, paylayici qutu – iki pilləli, ön və arxa körpülər, əyləc sistemi – ikili konturlu vakuum gücləndiricisi ilə, disk/barabanlı, sükan idaretməsi hidrogücləndirici ilə, ön qapıların elektrik şüşəqaldıran ilə, kilid əleyhinə əyləc sistemi ilə (ABS – Anti-lock Braking System), elektron əyləc qüvvəsini paylanması sistemi ilə (EBD – Elektronik Brake Forse Distribution), köməkçi əyləc sistemi ilə (BAS – Brake Assist System). Şinlər: 185/75R16. Ehtiyat təkər də qeyd edilənb ölçüdə digər təkərlərlə eyni ölçülü olmalıdır. Rəngi – ağ. Dəm qazın norması – Euro 5. Avtomobilə azı 2 il və ya 35 000 km texniki zəmanət verilməlidir. |
5 |
ədəd |