Müdafiə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Ordusunun balansında olan “Canon CT” markalı 16 kəsikli kompüter tomoqrafiya (KT) qurğusunun “Makelsan” markalı 200KVA-lıq UPS-nin (kəsintisiz güc mənbəyinin) təmiri üçün lazım olan hissələrin və təmir işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 03.08.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 23.08.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 31.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 01.09.2023 10:00
Ödəniş şərtləri - İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri - Müdafiə Nazirliyi
Çatdırılma müddəti -Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra 2 ay müddətində mallar təhvil verilməlidir
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü haqqında arayış
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının Nizamnaməsi (iddiaçı fiziki şəxs olmadığı halda)
Malgöndərənin (podratçının) vergi uçotunda olduğunu təsdiq edən sənədin və kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surəti.
Rekvizitlər
Maliyyə vəziyyəti haqqında bank arayışı
Müqaviləni imzalamaq hüququ olan şəxsin şəxsiyyətini müəyyən edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti.
Yerli malların (işlərin və xidmətlərin) xeyrinə tətbiq olunan güzəştli düzəlişin tətbiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştlərin tətbiqi Qaydası”nın tələblərinə uyğun sənədlər (yerli mal təqdim edib sənədləri təqdim etməyən iddiaçının tender təklifinə yerli malların xeyrinə güzəşt tətbiq olunmayacaq).
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Akkumulyator 12V 40Ah |
“Makelsan” markalı 200KVA-lıq UPS üçün akkumulyatorlar. Ölçüləri: hündürlüyü-173mm, eni-166mm, uzunluğu-196mm. Akkumulyator qələvi tərkibli olmaqla minimum 14-15 dəqiqə enerji saxlamaq gücünə malik olmalıdır. |
62 |
ədəd |
2 |
400A-lik qoruyucu |
“Makelsan” markalı 200KVA-lıq UPS üçün qoruyucu-400A,500V/120kA |
2 |
ədəd |
3 |
Bağlantı elementləri |
Kabel 1x35 diametrdə |
4 |
m |
4 |
Bağlantı elementləri |
Akkumulyatorların bir-biri ilə əlaqələri üçün 1x35 diametrli ucluqlar-30sm uzunluqda |
20 |
ədəd |
5 |
Quraşdırma və sazlama işləri |
Quraşdırma və sazlama işləri |
1 |
ədəd |