Müdafiə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Ordusunun şəxsi heyətinin tibbi təminatı üçün inyeksiya şprislərinin və tibbi məsrəflərin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1300162621
Satınalan təşkilatın ünvanı : Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 23.11.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 13.12.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 21.12.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 22.12.2023 10:00
Ödəniş şərtləri : İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri : Müdafiə Nazirliyi
Çatdırılma müddəti : Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra mallar 2024-cü il ərzində hissə-hissə çatdırılmalıdır.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında sənəd.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Sahibkarlıq subyektinin bölgüsü haqqında arayış.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının Nizamnaməsi (iddiaçı fiziki şəxs olmadığı halda).
Malgöndərənin (podratçının) vergi uçotunda olduğunu təsdiq edən sənədin və kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surəti.
Rekvizitlər.
Müqaviləni imzalamaq hüququ olan şəxsin şəxsiyyətini müəyyən edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti.
Maliyyə vəziyyəti haqqında bank arayışı.
Yerli malların (işlərin və xidmətlərin) xeyrinə tətbiq olunan güzəştli düzəlişin tətbiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştlərin tətbiqi Qaydası”nın tələblərinə uyğun sənədlər (yerli mal təqdim edib sənədləri təqdim etməyən iddiaçının tender təklifinə yerli malların xeyrinə güzəşt tətbiq olunmayacaq);
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu : 012-539-80-60
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Şpris birdəfəlik xüsusi iynə ilə 1 ml (peyvənd üçün) |
İnyeksiya üçün |
70.000 |
ədəd |
2 |
Şpris birdəfəlik iynə ilə insulin üçün |
İnyeksiya üçün |
15.000 |
ədəd |
3 |
Şpris birdəfəlik iynə ilə 2 ml |
İnyeksiya üçün |
400.000 |
ədəd |
4 |
Şpris birdəfəlik iynə ilə 5 ml |
İnyeksiya üçün |
900.000 |
ədəd |
5 |
Şpris birdəfəlik iynə ilə 10 ml |
İnyeksiya üçün |
200.000 |
ədəd |
6 |
Şpris birdəfəlik iynə ilə 20 ml |
İnyeksiya üçün |
60.000 |
ədəd |
7 |
Şpris birdəfəlik iynə ilə 50 ml |
İnyeksiya üçün |
10.000 |
ədəd |
8 |
Sistem infuzion (maye köçürmək üçün qurğu) |
Adına uyğun |
200.000 |
ədəd |