Azərbaycan Respublikasının Milli Məclisi 2021-ci il üçün saxlanma xərclərində nəzərdə tutulmuş vəsait hesabına tələbat olunan malların, iş və xidmətlərin satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təkliflər sorğusu keçirir.
KOBİA tender - ELAN EDİR
FED.az xəbər verir ki, təkliflər sorğusu 7 (yeddi) LOT üzrə keçiriləcəkdir:
LOT- 1: Milli Məclisin inzibati binalarına zəif cərəyanlı sistemlərin alınması və quraşdırılması;
LOT- 2: Darvaza avtomatikası və qapı aksesuarlarına illik texniki xidmətin satın alınması;
LOT- 3: “Milli Məclis” analitik jurnalının və bu qəbildən olan digər çap işlərinin (məhsullarının) satın alınması;
LOT- 4: Milli Məclisin inzibati binalarının fasad örtüklərində, avtomobil parkında və həyətyanı sahəsində təmir bərpa işlərinin satın alınması;
LOT- 5: Milli Məclisin inzibati binalarında elektrik avadanlıqlarının torpaqlama konturlarının, kabellərin izolyasiya müqavimətlərinin ölçülməsi və protokollarının tərtib edilməsi işlərinin satın alınması;
LOT- 6: Mətbəx və məişət texnikası avadanlıqlarının alınması və ehtiyat hissələri də daxil olmaqla təmir işlərinin satın alınması;
LOT- 7: Rəhbər və qonaq kreslolarının satın alınması;
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
2. Təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir;
3. Təklifin təminatı (bank zəmanəti) təklifin ümumi qiymətinin 1 (bir) faizi məbləğində olmaqla təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır;
4. İddiaçılar haqqında tələb olunan sənədlər aşağıdakılardır:
n İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
* İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
* Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
* Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
* Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olması - potensial imkanları haqqında məlumat.
* Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar “Təkliflər sorğusunun əsas şərtlər toplusu”nu müsabiqədə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Parlament prospekti, 1 ünvanından əldə edə bilərlər.
İştirakçılar təklifləri möhürlənmiş qaydada ikiqat zərflərdə, 02 iyun 2021-ci il saat 18:00-a qədər Tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların təklifləri 03 iyun 2021-ci il saat 16.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Möhbalı Cavid
Əlaqə telefonu: (012) 492-31-26
E-poct ünvanı: [email protected]
Ünvan: Bakı şəhəri,Səbail rayonu, Parlament pr.,1, Milli Məclis