Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması məqsədilə açıq tender elan edir.
Kənd Təsərrüfatı Nazirliyi - Kotirovka Sorğusu Keçirir
FED.az xəbər verir ki, tender 4 lot üzrə keçirilir.
LOT- 1: “Badamın daxili satış kanallarının araşdırılması” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması
LOT- 2: “Limonadların istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması
Lot- 3: “Qazlı və qazsız içməli suların istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması
LOT-4: “Sabun istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olmaqla, qeyd olunan açıq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) hər LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı: hər LOT üzrə 50,00 (əlli) AZN
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilatın adı:
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
VÖEN: 1603326271
Bank rekvizitləri:
“Kapital Bank” ASC-nin Mərkəzi filialı
H/h: AZ16AIIB38060029440419716102
VÖEN: 9900003611
Kod: 200026
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. AIIBAZ2X
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22 iyun 2021-ci il saat 11:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 01 iyul 2021-ci il saat 11:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 02 iyul 2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet Portalında açılacaqdır. Açıq tenderin elektron şərtlər toplusunu 26 may 2021-ci il saat 11:00-dan sonra əldə etmək olar.