Milli Arxiv İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Dövlət Arxivnin Şamaxı filalının arxiv binasında aparılacaq işlərlə əlaqədar texnoloji-iqtisadi göstəricilərə əsaslanmış qrafik və izahlı sənədlər toplusunun tərtib edilməsinə dair işlərin” satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın VÖEN-i: 1000469951
Satınalan təşkilatın ünvanı: AZ1106, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 3
Müsabiqənin başlama tarixi və vaxtı: 13.07.2023 17:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 02.08.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:10.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 11.08.2023 10:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisinin surəti (mənfəət vergisinin bəyənnaməsi 2022-ci ilin yekunlarına dair)
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Rekvizitləri
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
Malgöndərinin kadr imkanları
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Hikmət Abdullayev, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994125629421