Milli Arxiv İdarəsi ”Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması üçün İKT avadanlıqlarının və texniki vasitələrinin alınması, arxiv sənədlərinin rəqəmsallaşdırılması alqoritminin və proqram təminatının hazırlanması, vahid elektron arxiv məlumat sisteminin yaradılması, iş və xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Təhsil Nazirliyinin idarəsi 266 mln manatlıq iki tenderə - YEKUN VURUB
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi "Sinam" MMC-dir.
Qalib şirkətə 1,999 milyon manat ödəniləcək.