"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumi dəyəri 1 milyon 801 min 173 manat olan 5 tenderə yekun vurub.
450 fərdi ev tikiləcək - 29,3 MİLYON MANATLIQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, bu tenderlər “Güzəştli mənzil” sisteminin proqram təminatına texniki dəstəyin göstərilməsi və təkmilləşdirilməsinə dair 24/7 xidmətləri, Sumqayıt layihəsi (0,75 ha), Gəncə Yaşayış Kompleksi (6,23 ha) və Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin (15,4ha) internet səhifələrinin hazırlanması, mövcud və hazırlanacaq internet səhifələrinə texniki dəstəyin göstərilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksinin sahəxarici və sahədaxili qaz təminatı, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış evlərinin tikintisi üçün ayrılmış 1.5 hektar torpaq sahəsində mühəndis-geoloji və geofiziki tədqiqat işlərinin aparılması və Daşınmaz əmlakın idarəetmə sisteminin (o cümlədən “billinq” sisteminin) proqram təminatının hazırlanması və “Güzəştli mənzil” sisteminə inteqrasiyası tenderləri olmuşdur.
Bu tenderlərin üçünün qalibi "R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ" QSC olmuşdur. "MİDA" MMC şirkətə ümumilikdə 932 min 790 manat ödəyəcək.
Digər iki tenderin qalibi isə "QAZ OİL BUİLDİNG" MMC və Mənzil Kiçik Müəssisəsi olmuşdur. Qalib şirkətlərə müvafiq olaraq 853 min 279 manat və 15 min 104 manat ödəniləcək.