“MİDA” MMC (VÖEN: 1701953921) tender elan edib.
Bu şəhərdə güzəştli mənzillərin tikintisinə başlanılır – 24.2 milyon manat ayrılacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində 4,98 ha ərazidə 1,2,3,4,5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 24 milyon 195 min manatdır.
Tenderdə iştirak haqqı 3 min 629 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Mahmudova Nərmin Hüseynağa qızı - Baş mütaxəssis /
[email protected] / +994 12 594 54 01 (252)













