Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan şəhərində genişmiqyaslı yaşayış kompleksinin inşası üçün irihəcmli açıq tender elan edib.
Daha bir rayonda ucuz evlər tikiləcək
FED.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, elan olunmuş tenderin ehtimal olunan qiyməti 24 194 880 manat təşkil edir.
Layihə çərçivəsində Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4,98 hektar ərazidə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub. (Banker)














