Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində - 1,5 ha torpaq sahəsində 9 mərtəbəli 5 yaşayış binasının tikintisi ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Eləcə də bax: MİDA Füzulidəki inşaat işlərinə ilkin olaraq 600 min manat - XƏRCLƏYƏCƏK
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri “Araz İnşaatçı” və “Merkuri-İnşaat” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 6,548 milyon manat və 8,742 milyon manat, ümumilikdə isə 15,29 milyon manat ödəniləcək. (Report)