Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Füzuli şəhərində 9 hektar torpaq sahəsində yaşayış kompleksinin şəhərsalma əsaslandırılması, tikinti layihəsinin (mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli və yaşayış evləri, sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və s.) hazırlanması və müəllif nəzarətinin yerinə yetirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutudur.
Qalib şirkətə 604,4 min manat ödəniləcək. (Report)