İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi əməkdaşlarının sağlamlığının qorunması məqsədilə könüllü tibbi sığorta xidməti satınalması üzrə tender keçirib.
Dövlət qurumları işçilərini neçəyə sığortalayırlar? – ƏN BAHALI VƏ UCUZ XİDMƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, tenderin qalibi “Meqa Sığorta” ASC olub və 102 nəfər üçün 51.510 AZN dəyərində müqavilə bağlanıb. Yəni, bir nəfər üçün könüllü tibbi sığorta xidməti təxminən 505 AZN təşkil edir.
Bu xidmət sayəsində agentliyin işçiləri müxtəlif xəstəlik və müalicə prosesləri zamanı maliyyə təminatına sahib olacaq, peşəkar tibbi xidmətlərə daha rahat çıxış imkanı əldə edəcəklər.