Azərbaycanda da şirkət və təşkilatların bir hissəsi əməkdaşlarını tibbi sığorta ilə sığortalayırlar. İcbari tibbi sığortadan əlavə olan bu tibbi sığorta işçilər üçün əlavə opsiya və motivasiya vasitəsi sayılır.
Sığorta tenderlərini kimlər udur? - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, dövlət qurumları sığorta xidmətlərini tenderlə alırlar. Bu ilin əvvəlindən indiyədək 6 qurum öz əməkdaşları üçün sığorta xidməti satın alıb.
Ayrı-ayrı qurumlarda bunun üçün ayrılan vəsaitlər, həmçinin əməkdaş başına düşən sığorta haqqı fərqli olur.
Mərkəzi Bank əməkdaşlarının tibbi sığortası üçün yüksək məbləğ ödəyən qurum kimi diqqət çəkir. Bank, "Paşa Sığorta" ASC ilə müqavilə bağlayaraq 1 549 nəfər üçün ümumilikdə 818 096 AZN xərcləyib. Hər bir işçinin sığortalanması üçün ortalama məbləğ 528 AZN-ə bərabərdir.
İşçilərin sığortası üçün adambaşına ən yüksək məbləğ isə Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Meqa Sığorta" ASC-nə ödənib. Fond, 85 əməkdaşın sığortası üçün sığorta şirkətinə 46 750 AZN ödəyib, bir işçinin sığorta xidmətinin dəyəri 550 AZN təşkil edib.
Ən aşağı sığorta məbləği "Aztelekom" MMC tərəfindən ödənilib. Bu qurum 203 nəfər işçisini "Qala Sığorta" ASC ilə bağladığı müqavilə əsasında 54 810 AZN-ə sığortalayıb ki, bu da hər bir işçi üçün 270 AZN ayrıldığını göstərir.
Ümumilikdə, tenderlərdə işçilərin sığortalanmasına ayrılan vəsaitin bir nəfər üçün qiyməti 270 AZN-dən başlayaraq 550 AZN-ə qədər dəyişir.
Qeyd edək ki, tenderlərdə ən çox sifariş alan şirkətlər "Qala Sığorta" ASC və "Meqa Sığorta" ASC olub. Sadalanan sığorta şirkətləri ayrı ayrılıqda iki tenderin qalibi seçilib.
Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı |
Təklifin qiyməti |
Sığorta xidməti neçə nəfər üçün alınıb ? |
1 nəfərin sığortası neçəyə başa gəlir? |
Tarix |
1 |
"Baki Telefon Rabitəsi" MMC |
Könüllü tibbi sığorta |
"Qala Sığorta" ASC |
25 920 AZN |
96 nəfər |
279 AZN |
22.11.2024 |
2 |
"Aztelekom" MMC |
Könüllü tibbi sığorta |
"Qala Sığorta" ASC |
54 810 AZN |
203 nəfər |
270 AZN |
14.11.2024 |
3 |
Mərkəzi Bank |
Mərkəzi Bank əməkdaşlarının tibbi sığortalanması xidmətininsatın alınması |
"Paşa Sığorta" ASC |
818 096 AZN |
1 549 nəfər |
528 AZN |
28.10.2024 |
4 |
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ |
Agentliyin əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satın alınması |
"Meqa Sığorta" ASC |
213 384 AZN |
523 nəfər |
408 AZN |
08.10.2024 |
5 |
“Qarabağ Dirçəliş Fondu” PHŞ |
İşçilərin könüllü tibbi sığortası və Fondun balansında olan nəqliyyat vasitələrinin “Kasko” sığortası xidmətlərinin satın alınması |
"A-Qroup Sığorta Şirkəti" ASC |
22 325 AZN |
43 nəfər |
519 AZN |
03.10.2024 |
6 |
"Sahibkarlığın İnkişafı Fondu" PHŞ |
Tibbi sığorta (Fondun işçilərinin könüllü tibbi sığortalanması) xidməti |
"Meqa Sığorta" ASC |
46 750 AZN |
85 nəfər |
550 AZN |
16.07.2024 |
Qeyd edək ki, Azərbaycanda dövlət qurumları və təşkilatları əməkdaşları üçün sığorta xidmətləri üzrə satınalmaları davam etdirirlər və noyabr ayı ərzində 3 tender elan edilib. Tenderlər və detalları aşağıdakı cədvəldə:
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Dərc edilmə tarixi |
Bitmə tarixi |
Ehtimal olunan qiymət |
Sığorta xidməti alınacaq adam sayı |
1 nəfərin sığortası üçün nəzərdə tutulan məbləğ |
1 |
"Dövlət Dəniz və Liman Agentliyi" PHŞ |
Dövlәt Dәniz vә Liman Agentliyinin əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satın alınması |
18.11.2024 09:57 |
06.12.2024 10:05 |
127 760 AZN |
268 nəfər |
477 AZN |
2 |
Dövlət Neft Fondu |
Əməkdaşlar üçün könüllü tibbi sığorta xidmətlərinin satın alınması |
15.11.2024 15:27 |
04.12.2024 18:00 |
155 200 AZN |
160 nəfər |
970 AZN |
3 |
"Dövlət İmtahan Mərkəzi" PHŞ |
Könüllü tibbi sığorta xidmətinin satın alınması |
06.11.2024 17:40 |
02.12.2024 12:00 |
307 600 AZN |
800 nəfər |
385 AZN |