Azərbaycanda dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərdə sahibkar haqsızlıq görürsə, bunu bildirməlidir.
Xidmət rəisi: «Bütün kabinetlərə kamera qoya bilmərik: Tender komissiyasının üzvü vicdansızdırsa, ifşa etmək çətin olur».
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Bəzən mənə dostlarım zəng edir ki, filan problemi həll et. Mən onlara bildirirəm ki, bu, zənglə həll olunası məsələ deyil və deyirəm ki, məktub yazsınlar. Mən hər kəsə bildirirəm ki, hüququn pozulubsa, bunu rəsmi şəkildə həll etməlisən. Məktub yaza bilərsən ki, şikayətinə baxılsın. Amma cavabında deyir ki, məktub göndərmək istəmirəm, sonra həmin qurum və ya şirkətlə işləyə bilərəm?", - M. Abbasbəyli əlavə edib. (Report)