"Problemlərin həll olunması üçün bütün dövlət təşkilatları öz işini vicdanla görməlidir. Hər otağa kameraya qoya bilmrəik. Dövlət təşkilatında vicdansız insan, vicdansız tender komissiyasının üzvü oturubsa, onu ifşa etmək çətin olur".
Tender komissiyasının üzvlərinə nəzarət sərtləşir – 5 İLLİK QADAĞA
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
"Təşkilatlarda insanlar öz işini vicdanla yerinə yetirməyənə qədər problemlərin həlli yarımçıq olacaq", - deyə xidmət rəisi bildirib.