Təhsil Nazirliyi məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmiri üçün tender elan edib.
FED.az xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin görülməsi məqsədilə açıq tender elan edib.
Satınalmanın ehtimal olunan dəyəri 9 milyon 826 min 687 manat 90 qəpik təşkil edir. Təkliflərin son təqdimetmə tarixi və zərflərin açılış vaxtı 12 dekabr 2025-ci il, saat 16:00-dır.
Tenderdə iştirak haqqı 1500 manat, istifadə haqqı isə 25 manat məbləğində müəyyən edilib. Təchizatçılar təkliflərini təqdim etmək üçün bu haqları ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, ödənilmiş haqlar geri qaytarılmır.
Satınalan təşkilatın ünvanı Bakı şəhəri, Yusif Bakuvi küçəsi 18-də yerləşir. Əlaqələndirici şəxs – Zülfiqar Quliyev, baş mütəxəssis.
E-poçt: [email protected]
Telefon: +994 12 465 73 48
İddiaçılar tender təkliflərini 12 dekabr 2025-ci il tarixinə qədər göstərilən ünvana təqdim edə bilərlər.













