Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təmir işləri üzrə tenderin qalibini müəyyən edib.
FED.az xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin həyata keçirilməsi məqsədilə açıq tender keçirilib.
Tenderin qalibi “AR Group İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin məbləği 6 milyon 813 min 247 manat 17 qəpik təşkil edir. Layihənin ehtimal olunan qiyməti 7 milyon 414 min 864 manat idi.
Şirkətin daha öncə qurumun 3 milyon 870 min 315 manat dəyərindəki Respublika üzrə təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri tenderinin qalibi olub.













