Maliyyə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə Maliyyə Nazirliyinin inzibati binasında 2 ədəd Genpover (Türkiyə istehsalı) 1600 Kva generatorları və 2 ədəd 1600 Kva (Çətinkaya markalı, 3 hissəli, Türkiyə istehsalı) tənzimləyicilərin, 400Kva Sokomec online UPS-in, 3 ədəd 10Kva online UPS-lərin (Makelsan, İnform) 2023-cü il ərzində texniki xidmətlərinin, təmirinin, ehtiyyat hissələrinin, sürtkü materiallarının satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın VÖEN-i: 1400108191
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səməd Vurğun 135
Müsabiqənin başlama tarixi və vaxtı: 05.06.2023 12:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 24.06.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 07.07.2023 13:00
Zərflərin açılış tarixi və vaxtı: 10.07.2023 13:00
Satın alınan mal və xidmətlərin dəyəri tərəflər arasında müqavilə imzalandıqdan sonra hər ay üzrə görülmüş işlər barədə təhvil-təslim aktı, hesab faktura və elektron qaimə əsasında ödənilir. Təklifin 30%-i dəyərində avans ödənişi nəzərdə tutulmuşdur (avans ödənişinə 100% bank zəmanəti təqdim edilməlidir).
Çatdırılma yeri - Səməd Vurğun küçəsi 135
Çatdırılma müddəti - müqavilə imzalandıqdan sonra il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Malgöndərənin son 1 ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son bir il)
Maliyyə informasiyası
İxtisaslaşma məlumatları
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Müşfiq Səttarzadə, Sektor müdiri
Email: [email protected]
Əlaəq telefonu: 012 404 47 44