İqtisadi Zonaların İnkişafı Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarının dəmir yolu infrastrukturunun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 2902478331
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 20
Müsabiqənin başlama tarixi və vaxtı: 26.09.2023 11:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 17.10.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 26.10.2023 12:00
Ödəniş şərtləri : Köçürmə yolu ilə
Çatdırılma yeri : Bakı şəhəri
Çatdırılma müddəti : 5 ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Hüquqi statusunu təsdiq edən sənədlər (Nizamnamənin, Dövlət reyestrindən çıxarışın, müvafiq lisenziyanın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
Rekvizitlər (Bank hesabı, hüquqi və faktiki ünvanı təsdiq olunmuş şəklində əlavə edilməsi zəruridir. İddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir);
İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı təqdim edilməlidir (Bank hesabından çıxarış təqdim edildiyi halda çıxarışın hər bir səhifəsi bankın möhürü ilə təsdiq edilməlidir. Sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir); Tələb olunan arayışın qeydə alınma tarixi elan verildikdən sonrakı dövrü əhatə etməlidir.
İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti təqdim edilməlidir (Son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin və ya notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması (Müvafiq icra hakimiyyəti orqanından alınmış sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması – (Tələb olunan meyarlar üzrə müvafiq göstəricilər əlavə olunmaqla, iddiaçı tərəfindən təsdiq olunmuş arayış formasının əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (Direktorun təyin edilməsi haqında əmrin və ya qərarın surəti əlavə edilməlidir. (Sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, habelə müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış (Arayış elektron formada əldə olunduğu zaman həmin arayışın notarial qaydada təsdiq olunması mütləqdir. Sənədin əslinin və ya notarial qaydada təsdiq edilmiş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir); Tələb olunan arayışın qeydə alınma tarixi elan verildikdən sonrakı dövrü əhatə etməlidir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Müvafiq icra hakimiyyəti orqanından alınmış sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir). Tələb olunan arayışın qeydə alınma tarixi elan verildikdən sonrakı dövrü əhatə etməlidir.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Xazin Hidayətov , Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: 0125996767