Qaradağ rayon icra hakimiyyəti rayonda abadlıq və yol təmiri tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, rayon icra hakimiyyəti başçisi aparatinin Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin 5 tenderində 2 şirkət qalib gəlib.
Eləcə də bax: "Azərsu"yun 2,7 milyon manatlıq 3 tenderini - BU ŞİRKƏTLƏR QAZANDI
5 tenderin ümumi məbləği 2 milyonq manata yaxındır. Onun 870 min manatını «NOR CONSTRUCTİON» MMC, 1 milyon 50 min manatını isə «Təmir-Təchizat-4» MMC qazanıb.
Mənzil fondunun əsaslı təmiri tenderində – 157 180 mana t – «NOR CONSTRUCTİON» MMC
Abadlıq işlərinin yerinə yetirilməsi tenderində – 711026 manat - «NOR CONSTRUCTİON» MMC
Abadlaşdırma işləri üzrə mal materialın alınması tenderində – 74 633 manat – «Təmir-Təchizat-4» MMC
Abadlaşdırma işləri üçün xususi geyim və yumşaq inventarın alınması tenderində – 83 099 manat - «Təmir-Təchizat-4» MMC
Yolların əsaslı təmiri tenderində – 893 034 manat - «Təmir-Təchizat-4» MMC qalib gəlib.