Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Ağcabədi şəhər daxili küçələrində yolların təmiri üzrə tender elan edir.
Eləcə də bax: Dövlət Agentliyi auditor - SEÇİR
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
11.04.2022-ci il saat 17:30-a kimidir və iştirak ödənişi 450 manatdır.
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
Nizamnamə, Reyesterdən çıxarış və VÖEN əsli 2022-ci il ərzində notarial qaydada təsdiq olunmuş sənədlər olmalıdır.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
2021-ci il 15 may tarixindən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş arayış olmalıdır.
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - müvafiq orqan tərəfindən tender elanı tarixindən sonra təqdim olunmuş arayış olmalıdır.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır;
Vergi orqanı tərəfindən əvvəlki ilə təqdim olunmuş arayış olmalıdır. Elektron olduğu halda sənədin notarial təsdiqli forması təqdim edilməlidir.
İddiaçının bank rekvizitləri - rekvizitlər bankın rəsmi blankında təqdim olunmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İbrahim Cəfərov, baş mühasib
Əlaqə: 051-423-15-55