Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi maliyyə hesabatlarının beynəlxalq standartlara auditi üçün açıq tender elan edib.
Eləcə də bax: "Aqrar Tədarük və Təchizat" sığortaçı - SEÇİB
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 5-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 13-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi aprelin 14-də, saat 11:00-da portalda açıqlanacaq. (Report)