Hesablama Palatası açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt Komitəsinin illik toplantısının keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700237611
Satınalan təşkilatın ünvanı: AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbayıl rayonu, Xaqani küç. 33
Müsabiqənin başlama tarixi və vaxtı: 11.07.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.08.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.08.2023 10:00
Zərflərin açılış tarixi və vaxtı: 14.08.2023 10:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr İcraçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, yerinə yetirilmiş işlərə mütənasib olaraq, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə köçürmə yolu ilə aparılır.
Çatdırılma yeri - Tədbirin keçiriləcəyi ünvan
Çatdırılma müddəti - Tədbirin keçiriləcəyi İclas zallarının bəzədilməsi, eləcədə tədbir üçün nəzərdə tutulmuş arxa panonun, kimliklərin, bloknotların, gündəliklərin, jurnalların, qələmlərin, hədiyyələrin, bukletlərin, kağız paketlərin və digərlərin hazırlanması işləri 29 avqust 2023-cü il tarixədək İcraçı tərəfindən Sifarişçiyə təhvil verilməlidir.
Təşkilati və hüquqi sənədlər:
1. Nizamnamə, Qeydiyyatdan keçdiyi ölkə
2. Rekvizitlər
3. Sahibkarlıq subyekti kateqoriyasının müəyyən edilməsi barədə arayış
4. Malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
6. Malgöndərənin satınalma müqaviləsini bağlama səlahiyyəti olması barədə
7. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə
8. Azərbaycan Respublikasında vergi və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə
9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Qədirov, Hesablama Palatasının məsləhətçisi
Email: [email protected]
Əlaqə telefonu: +994 (12) 493 32 11 (daxili 164)