Hesablama Palatası kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun toplantısının keçirilməsi işlərinin satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın VÖEN-i: 1700237611
Satınalan təşkilatın ünvanı: AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbayıl rayonu, Xaqani küç. 33
Satınalma predmeti: Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun toplantısının keçirilməsi işlərinin satın alınması
ÜSL kod (kateqoriya): 55120000-7 görüşmələr və konfrans üçün otel xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 19.04.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.05.2023 12:30
Zərflərin açılış tarixi və vaxtı: 05.05.2023 14:00
Tədbirin keçiriləcəyi İclas zallarının bəzədilməsi, eləcədə tədbir üçün nəzərdə tutulmuş arxa panonun, kimliklərin, bloknotların, gündəliklərin, jurnalların, qələmlərin, hədiyyələrin, bukletlərin, kağız paketlərin və digərlərin hazırlanması işləri 22 may 2023-cü il tarixədək İcraçı tərəfindən Sifarişçiyə təhvil verilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Qədirov, Hesablama Palatasının məsləhətçisi
Email: [email protected]
Əlaqə telefonu: +994 (12) 493 32 11 (daxili 164)
Tələb olunan iddiaçıların sayı: 3