Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (VÖEN: 1400057141) tender elan edib.
FHN “Paşa Travel” ilə 300 minlik müqavilə - BAĞLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 2 ədəd sedan tipli avtomobilin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 409 min 460 manatdır. Bir avtomobil üçün ehtimal olunan qiymət 204 min 730 manatdır.
Tenderdə iştirak haqqı 350 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Pərvin Əsədov - Təsərrüfat şöbəsinin müdir müavini / [email protected] / +994 55 511 18 18
Şərtlərə görə, iddiaçılar tələblərini 30 iyul 12:30-a qədər Bakı şəhəri,.Nəsimi rayonu,. Füzuli küçəsi 67B. ünvanına təqdim edə bilərlər.















