Fövqəlaqə Hallar Nazirliyi “Paşa Travel” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Mərkəzi Bankdan 6 ayda 9 tender udan şirkətə - 625 MİNLİK SİFARİŞ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə 2026-cı il ərzində işgüzar səfərlərin (ezamiyyələrin) təşkili ilə əlaqədar aviabiletlərin satınalınması xidməti ilə bağlıdır. Müqavilənin dəyəri 300 min 316 manat təşkil edir.
Qeyd edək ki, “Paşa Travel” MMC “PAŞA Holding”in tərkibinə daxil olan aparıcı çoxprofilli turizm və menecment şirkətidir. Şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 250 min 50 manat olan şirkətin qanuni təmsilçisi Əsgərov Bəhruz Fikrət oğludur.















