Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir.
9,7 milyonluq xəstəxana layihəsinə nəzarət əngəli gəldi - TENDER LƏĞV OLUNDU
FED.az xəbər verir ki, elanda DSMF Aparatının Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və sosial sığorta departamentləri, Sosial Ödənişlərin Təyinatı üzrə MF üçün ofis sahəsinin və binanın daxilində Arxiv sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulub.
Tenderdə xüsusi şərtlər var. Belə ki, Sosial ödənişlərlə bağlı işlərə baxan Fondun Mərkəzi Filialı üçün bir binanın daxilində yerləşəcək əlavə arxiv sahəsinin ümumi ölçüsü 550 kvadratmetr olmalıdır. İcarə müddəti 12 ay olaraq planlaşdırılıb.
Eyni zamanda, Fondun Mərkəzi Filialı, Aparatı, Fərdi uçota nəzarət və sosial sığorta, həmçinin layihələrin idarə olunması üzrə departamentlərin yerləşməsi üçün ayrıca ofis sahəsi icarəyə götürüləcək. Bu ofis sahəsi Bakı şəhərində yerləşməli və vergi qanunvericiliyinə uyğun olaraq ZONA-3 ərazisinə daxil olmalıdır. Binada ən azı 6 avtomobil üçün dayanacaq sahəsi nəzərdə tutulmalıdır. Ümumi sahəsi 5 040 kvadratmetr olan bu ofis sahəsi də 12 aylıq icarə üçün planlaşdırılıb.
Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1300050781
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80
Ehtimal olunan qiymət: 1.375.560,00 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 03.07.2025 11:00
Zərflərin açılış tarixi və vaxtı: 03.07.2025 11:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Zeynəb Axundova, Böyük mütəxəssis
Email : Böyük mütəxəssis [email protected]
Əlaqə telefonnu: +994 41 253 02 90 (3)