Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tenderlərinin nəticələrinin qaliblərini açıqlayıb.
Eləcə də bax: Nazirliyin 1,3 milyon manatlıq tenderini - MƏHŞUR ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, qurum 4 tender üçün şirkətlərə 1 milyon 65 min 850 ödəyib.
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin tenderlərinin qalibləri və tender müqavilələrinin məbləği aşağıdakı kimidir:
- "Yussal Provision" MMC təsərrüfat malları – 291 min 344 manat;
- "Yussal Provision" MMC dəftərxana malları – 293 min 726;
- "Vıtes Group" MMC it yemlərinin satınalınması – 189 min 910 manat;
- "TNT Engıneerıng" MMC istilik sistemlərinin çəkilişi və yenidən qurulması işləri – 290 min 870 manat.